Noble Quran » Azərbaycanca » Sorah At-Taghabun ( Mutual Loss & Gain )
Choose the reader
Azərbaycanca
Sorah At-Taghabun ( Mutual Loss & Gain ) - Verses Number 18
يُسَبِّحُ لِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۖ لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ ۖ وَهُوَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ ( 1 )
Göylərdə və yerdə nə varsa, (hamısı) Allahı təqdis edib şə’ninə tə’riflər deyər. Hökm Onundur, həmd-səna da Ona məxsusdur. O, hər şeyə qadirdir!
هُوَ الَّذِي خَلَقَكُمْ فَمِنكُمْ كَافِرٌ وَمِنكُم مُّؤْمِنٌ ۚ وَاللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ ( 2 )
Sizin yaradan Odur. Kiminiz kafirsiniz, kiminiz mö’min. Allah nə etdiklərinizi görəndir!
خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ بِالْحَقِّ وَصَوَّرَكُمْ فَأَحْسَنَ صُوَرَكُمْ ۖ وَإِلَيْهِ الْمَصِيرُ ( 3 )
O, göyləri və yeri haqq-ədalətlə (yerli-yerində) xəlq etdi, sizə surət verdi, surətlərinizi də gözəl yaratdı. (İnsan bütün canlıların ən gözəli və ən kamilidir). Axır dönüş də Onun hüzurunadır!
يَعْلَمُ مَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ وَيَعْلَمُ مَا تُسِرُّونَ وَمَا تُعْلِنُونَ ۚ وَاللَّهُ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ ( 4 )
O, göylərdə və yerdə olanları da, sizin gizlində və aşkar da nə etdiyinizi də bilir. Allah ürəklərdə olanları biləndir!
أَلَمْ يَأْتِكُمْ نَبَأُ الَّذِينَ كَفَرُوا مِن قَبْلُ فَذَاقُوا وَبَالَ أَمْرِهِمْ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ ( 5 )
(Ey Məkkə müşrikləri!) Məgər sizdən əvvəl kafir olanların (əzaba düçar edilməsi) xəbəri sizə gəlib çatmadımı? Onlar öz gördükləri işlərin cəzasını dünyada daddılar. Onları (axirətdə) şiddətli bir əzab gözləyir!
ذَٰلِكَ بِأَنَّهُ كَانَت تَّأْتِيهِمْ رُسُلُهُم بِالْبَيِّنَاتِ فَقَالُوا أَبَشَرٌ يَهْدُونَنَا فَكَفَرُوا وَتَوَلَّوا ۚ وَّاسْتَغْنَى اللَّهُ ۚ وَاللَّهُ غَنِيٌّ حَمِيدٌ ( 6 )
Çünki peyğəmbərləri onlara açıq-aşkar mö’cüzələr gətirir, onlar isə: “Məgər bizi doğu yola (özümüz kimi adi) bir insanmı salacaqdır?!” – deyərək (o peyğəmbərləri) inkar edir və (haqdan) üz döndərirlər. Allahın (onların ibadətinə) ehtiyacı yoxdur. Allah heç bir şeyə möhtac deyildir. O, (hər cür) şükrə (tə’rifə) layiqdir!
زَعَمَ الَّذِينَ كَفَرُوا أَن لَّن يُبْعَثُوا ۚ قُلْ بَلَىٰ وَرَبِّي لَتُبْعَثُنَّ ثُمَّ لَتُنَبَّؤُنَّ بِمَا عَمِلْتُمْ ۚ وَذَٰلِكَ عَلَى اللَّهِ يَسِيرٌ ( 7 )
Kafir olanlar (öldükdən sonra) əsla dirildilməyəcəklərini iddia edirlər. (Ya Peyğəmbər!) De: “Bəli, Rəbbimə and olsun ki, siz mütləq dirildiləcəksiniz. Sonra da (dünyada) etdiyiniz əməllər sizə (bir-bir) xəbər veriləcəkdir. Bu, Allah üçün çox asandır!
فَآمِنُوا بِاللَّهِ وَرَسُولِهِ وَالنُّورِ الَّذِي أَنزَلْنَا ۚ وَاللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ ( 8 )
Elə isə Allaha, Onun Peyğəmbərinə və nazil etdiyimiz nura (Qur’ana) iman gətirin! Allah etdiyimiz əməllərdən agahdır!
يَوْمَ يَجْمَعُكُمْ لِيَوْمِ الْجَمْعِ ۖ ذَٰلِكَ يَوْمُ التَّغَابُنِ ۗ وَمَن يُؤْمِن بِاللَّهِ وَيَعْمَلْ صَالِحًا يُكَفِّرْ عَنْهُ سَيِّئَاتِهِ وَيُدْخِلْهُ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا ۚ ذَٰلِكَ الْفَوْزُ الْعَظِيمُ ( 9 )
Allahın sizi (haqq-hesab üçün) toplanmış gününə cəm edəcəyi gün – məhz o gün qarşılıqlı aldanma günüdür! (Həmin gün kafirlərin dünyaya uyaraq axirəti əldən verdiklərinə görə, bə’zi mö’minlərin də dünyada bacardıqlarından az yaxşı əməllər etdiklərinə görə aldanmaları bəlli olacaqdır). Kim Allaha iman gətirib yaxşı əməllər etsə, (Allah) onun günahlarının üstünü örtər və onu (ağacları) altından çaylar axan cənnətlərə daxil edər. Belələri orada (Cənnətdə) əbədi qalacaqlar. Bu, böyük qurtuluşdur (uğurdur)!
وَالَّذِينَ كَفَرُوا وَكَذَّبُوا بِآيَاتِنَا أُولَٰئِكَ أَصْحَابُ النَّارِ خَالِدِينَ فِيهَا ۖ وَبِئْسَ الْمَصِيرُ ( 10 )
Kafir olub ayələrimizi yalan sayanlara gəldikdə isə, onlar cəhənnəmlikdirlər. Onlar orada həmişəlik qalacaqlar. Ora necə də pis məskəndir!
مَا أَصَابَ مِن مُّصِيبَةٍ إِلَّا بِإِذْنِ اللَّهِ ۗ وَمَن يُؤْمِن بِاللَّهِ يَهْدِ قَلْبَهُ ۚ وَاللَّهُ بِكُلِّ شَيْءٍ عَلِيمٌ ( 11 )
Allahın izni olmadıqca (heç kəsə) heç bir müsibət üz verməz. Kim Allaha iman gətirsə, (Allah) onun qəlbini haqqa doğru yönəldər. (O, dünyada baş verən hər şeyin Allahın əzəli hökmü və izni ilə olduğunu bilər). Allah hər şeyi (keçmişi, indini və gələcəyi) biləndir!
وَأَطِيعُوا اللَّهَ وَأَطِيعُوا الرَّسُولَ ۚ فَإِن تَوَلَّيْتُمْ فَإِنَّمَا عَلَىٰ رَسُولِنَا الْبَلَاغُ الْمُبِينُ ( 12 )
Allaha itaət edin, Onun Peyğəmbərinə itaət edin; hər kəs (itaətdən) üz döndərsə, (bilsin ki) Peyğəmbərimizin öhdəsinə düşən yalnız açıq-aşkar təbliğdir! (O heç kəsi zorla iman gətirməyə məcbur edən deyildir).
اللَّهُ لَا إِلَٰهَ إِلَّا هُوَ ۚ وَعَلَى اللَّهِ فَلْيَتَوَكَّلِ الْمُؤْمِنُونَ ( 13 )
Allahdan başqa heç bir tanrı (mə’bud) yoxdur. Buna görə də mö’minlər ancaq Allaha təvəkkül etsinlər!
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنَّ مِنْ أَزْوَاجِكُمْ وَأَوْلَادِكُمْ عَدُوًّا لَّكُمْ فَاحْذَرُوهُمْ ۚ وَإِن تَعْفُوا وَتَصْفَحُوا وَتَغْفِرُوا فَإِنَّ اللَّهَ غَفُورٌ رَّحِيمٌ ( 14 )
Ey iman gətirənlər! Şübhəsiz ki, zövcələrinizdən və övladınızdan sizə düşmən olanlar vardır. (Onlar din və ya dünya işlərində sizin əleyhinizə çıxar, sizi ibadətdən, yaxşı əməllərdən yayındırarlar. Hətta siz bir dəfə Məkkədən Mədinəyə hicrət etmək istədiyiniz zaman onlar müxtəlif bəhanələrlə sizi bu fikrinizdən daşındırmışdılar). Onlardan özünüzü gözləyin! Amma (tövbə edəcəkləri təqdirdə) onları əfv etsəniz, (təqsirlərindən) keçsəniz və bağışlasanız (daha yaxşı olar). Çünki Allah (günahları çox) bağışlayandır, rəhm edəndir!
إِنَّمَا أَمْوَالُكُمْ وَأَوْلَادُكُمْ فِتْنَةٌ ۚ وَاللَّهُ عِندَهُ أَجْرٌ عَظِيمٌ ( 15 )
Həqiqətən, mal-dövlətiniz və oğul-uşağınız (sizin üçün) ancaq bir imtahandır. Ən böyük mükafat (Cənnət) isə Allah dərgahındadır!
فَاتَّقُوا اللَّهَ مَا اسْتَطَعْتُمْ وَاسْمَعُوا وَأَطِيعُوا وَأَنفِقُوا خَيْرًا لِّأَنفُسِكُمْ ۗ وَمَن يُوقَ شُحَّ نَفْسِهِ فَأُولَٰئِكَ هُمُ الْمُفْلِحُونَ ( 16 )
Allahdan (Allahın əzabından) bacardığınız qədər qorxun. (Sizə verilə öyüd-nəsihətə) qulaq asın; (Allaha və Peyğəmbərinə) itaət edin və (mal-dövlətinizdən Allah yolunda) xərcləyin. Bu sizin özünüz üçün xeyirli olar. (Allah tərəfindən) nəfsinin xəsisliyindən (tamahından) qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapıb səadətə qovuşanlardır!
Random Books
- Namazın İslamda yeri-
Formation : Ramil Soltanov
Source : http://www.islamhouse.com/p/307767
- Ailə Tərbiyəsinə Dair 40 NəsihətDəyərli bacı və qardaşlarım! Bu kitabda müsəlmanı ailəsinin düzgün tərbiyələndirilməsinə sövq edən amillərdən söz açılır. Allah və onun rəsulunun buyurduğu üzərinə kim ailəsini tərbiyə etmək istəyirsə bu kitabda yazılanlara əməl etsin.
Source : http://www.islamhouse.com/p/328765
- Quranı Necə Anlamalı(Təfsirin Növləri və Bəzi Ayələrin Şərhi)Bu dəyərli kitabda Quranı anlamağın yollarından söz açılır. Mövzusuna görə Azərbaycanda nəşr edilən ilk kitabdır. Qurani Kərimi anlamaq istəyən hər bir müsəlman qardaş və bacılarımıza bu kitabı oxumağı tövsiyə edirik. İbn Abbas (r) buyurmuşdur: Quranı öyrənib əməl edən insanın dünyada haqq yolundan azmaması və axirətdədə ziyana uğramamasına Uca Allah zəmanət vermişdir. Bu kitabı Azərbaycan dilinə tərcumə edən Fərahim qardaşımızdan Allah razı olsun və bu xeyr əməlini onun axirət dəftərinə yazsın. Amin
Source : http://www.islamhouse.com/p/328708
- əl-Fatihə surəsi və cüz Əmmənin Azərbaycan dilinə tərcüməsiəl-Fatihə surəsi və cüz Əmmənin Azərbaycan dilinə tərcüməsi
From issues : Məlik Fəhd adınaQuran çapı mərkəzi
Source : http://www.islamhouse.com/p/15
- Müsəlmanın qalasıQur’an və Peyğəmbərimizin şəriətində müsəlmanların sığınacağı DUA VƏ ZIKRLƏR Bu mənim «Zikr, dua və Qurandan və Sünnədən istifadə etməklə ovsunla müalicə» adlı kitabı¬mın müxtəsəridir. Həmin kitabın «Zikrlər» his¬səsi ilə kifayətlənməyib qalanını ixtisar etdim ki, səfər zamanı özü ilə gəzdirmək asan olsun. Səid ibn Əli ibn Vəhf əl-Qahtani
Source : http://www.islamhouse.com/p/43365