Noble Quran » Azərbaycanca » Sorah Al-Fajr ( The Dawn )
Choose the reader
Azərbaycanca
Sorah Al-Fajr ( The Dawn ) - Verses Number 30
وَلَيَالٍ عَشْرٍ ( 2 )  
 
And olsun on gecəyə (zülhiccə ayının birinci, yaxud ramazan ayının sonuncu on gecəsinə);
وَالشَّفْعِ وَالْوَتْرِ ( 3 )  
 
And olsun cütə və təkə (tək olan xaliqə, erkək və dişi olmaqla cüt olan məxluqata; cüt olan hər şeyə, yaxud Qurban bayramına və yaxud Ərəfə gününə);
وَاللَّيْلِ إِذَا يَسْرِ ( 4 )  
 
And olsun keçib getməkdə olan gecəyə (ki, qiyamət haqdır və siz kafirlər qiyamət günü dirilib əməllərinizin cəzasını layiqincə alacaqsınız)!
هَلْ فِي ذَٰلِكَ قَسَمٌ لِّذِي حِجْرٍ ( 5 )  
 
Məgər bunlarda (qiyamətin haq olması barədə) ağıl sahibi üçün and yoxmudur?!
أَلَمْ تَرَ كَيْفَ فَعَلَ رَبُّكَ بِعَادٍ ( 6 )  
 
(Ya Peyğəmbər!) məgər görmədinmi ki, Rəbbin nələr etdi Ada (Hud peyğəmbərin Ad qövmünə)?!
إِرَمَ ذَاتِ الْعِمَادِ ( 7 )  
 
Sütunlar sahibi (və ya: sütun kimi uca boylu) İrəmə (İrəm camaatına)?!
الَّتِي لَمْ يُخْلَقْ مِثْلُهَا فِي الْبِلَادِ ( 8 )  
 
(Elə bir qövm ki) məmləkətlər (əhli) arasında onun kimisi yaradılmamışdı.
وَثَمُودَ الَّذِينَ جَابُوا الصَّخْرَ بِالْوَادِ ( 9 )  
 
(Məgər görmədinmi ki, Rəbbin nələr etdi) vadidə qayaları olan Səmuda (Səmud qövmünə)?!
إِنَّ رَبَّكَ لَبِالْمِرْصَادِ ( 14 )  
 
Şübhəsiz ki, Rəbbin (bəndələrinin bütün əməllərini) baxıb görür.
فَأَمَّا الْإِنسَانُ إِذَا مَا ابْتَلَاهُ رَبُّهُ فَأَكْرَمَهُ وَنَعَّمَهُ فَيَقُولُ رَبِّي أَكْرَمَنِ ( 15 )  
 
İnsana gəldikdə, nə zaman Rəbbin onu imtahana çəkib ehtiram etsə, ona bir ne’mət versə, o: “Rəbbim mənə ehtiram göstərdi!” –deyər.
وَأَمَّا إِذَا مَا ابْتَلَاهُ فَقَدَرَ عَلَيْهِ رِزْقَهُ فَيَقُولُ رَبِّي أَهَانَنِ ( 16 )  
 
Amma nə zaman (Rəbbin) onu imtahana çəkib ruzisini əskiltsə: “Rəbbim məni alçaltdı (mənə xor baxdı)!” – söyləyər.
كَلَّا ۖ بَل لَّا تُكْرِمُونَ الْيَتِيمَ ( 17 )  
 
Xeyr! (Belə deməyin). Doğrusu, siz özünüz yetimə hörmət etmirsiniz (yetimin haqqını vermirsiniz).
وَلَا تَحَاضُّونَ عَلَىٰ طَعَامِ الْمِسْكِينِ ( 18 )  
 
Bir-birinizi yoxsulu yedirtməyə rəğbətləndirmirsiniz.
وَتَأْكُلُونَ التُّرَاثَ أَكْلًا لَّمًّا ( 19 )  
 
Mirası (halal-haramına) varmadan yeyirsiniz (qadınların, uşaqların paylarını vermirsiniz).
وَجِيءَ يَوْمَئِذٍ بِجَهَنَّمَ ۚ يَوْمَئِذٍ يَتَذَكَّرُ الْإِنسَانُ وَأَنَّىٰ لَهُ الذِّكْرَىٰ ( 23 )  
 
Və Cəhənnəmin (məhşər meydanına) gətiriləcəyi gün – məhz o gün insan (öz günahlarını) xatırlayacaqdır. Lakin bu xatırlamağın ona nə faydası?!
يَقُولُ يَا لَيْتَنِي قَدَّمْتُ لِحَيَاتِي ( 24 )  
 
O: “Kaş ki, mən əvvəlcədən (axirət) həyatım üçün (yaxşı əməllər) edəydim!” – deyəcəkdir.
فَيَوْمَئِذٍ لَّا يُعَذِّبُ عَذَابَهُ أَحَدٌ ( 25 )  
 
O gün (Allahın) etdiyi əzabı heç kəs edə bilməz!
يَا أَيَّتُهَا النَّفْسُ الْمُطْمَئِنَّةُ ( 27 )  
 
(Qiyamət günü Allah-təala mö’min kimsəyə belə buyuracaqdır:) “Ey (öz imanından, əməlindən və Allahın və’dindən) xatircəm olan kəs! (Və ya: “Ey arxayın nəfs!”)
Random Books
- əl-Fatihə surəsi və cüz Əmmənin Azərbaycan dilinə tərcüməsiəl-Fatihə surəsi və cüz Əmmənin Azərbaycan dilinə tərcüməsiFrom issues : Məlik Fəhd adınaQuran çapı mərkəzi Source : http://www.islamhouse.com/p/15 
- Namazın İslamda yeri-Formation : Ramil Soltanov Source : http://www.islamhouse.com/p/307767 
- Raşidi xəlifələrin fəzilətiAllahım, sən bizləri peyğəmbərimizin raşidi xəlifələri ilə bərabər həşr et. Allahım, biz peyğəmbərimiz (sav) raşidi xəlifələrini sevirik və bizə onlarla eyni cənnət nəsib et. Amin.Formation : Yaşar Qurbanov Source : http://www.islamhouse.com/p/329743 
- Sanki Onu Görürmüşsən Kimi Peyğəmbərin Namazı təkbirdən təslimədəkPeyğəmbərimiz (sav) buyurmuşdur: "Mənim necə namaz qıldığımı gördünüzmü, o cür də namaz qılın" Bu kitabda peyğəmbərimiz (sav)-ın namazı necə qıldığı səhih hədsilərlə açıqlanmışdır.Source : http://www.islamhouse.com/p/328763 
- Namazda Mütiliyə Aparan 33 AmilHər şeyi unudaraq ruhən və cismən Allaha müti olmaq dinin qanuni tələblərindən biri hesab olunur. Bu kitabda namazda müti olmağın əsaslarından bəhs edilir.Source : http://www.islamhouse.com/p/328760 














