Azərbaycanca - Sorah An-Nas ( Mankind ) - Noble Quran

Noble Quran » Azərbaycanca » Sorah An-Nas ( Mankind )

Choose the reader


Azərbaycanca

Sorah An-Nas ( Mankind ) - Verses Number 6
قُلْ أَعُوذُ بِرَبِّ النَّاسِ ( 1 ) An-Nas ( Mankind ) - Ayaa 1
(Ya Peyğəmbər!) De: “Pənah aparıram insanların Rəbbinə;
مَلِكِ النَّاسِ ( 2 ) An-Nas ( Mankind ) - Ayaa 2
İnsanların ixtiyar sahibinə;
إِلَٰهِ النَّاسِ ( 3 ) An-Nas ( Mankind ) - Ayaa 3
İnsanların tanrısına;
مِن شَرِّ الْوَسْوَاسِ الْخَنَّاسِ ( 4 ) An-Nas ( Mankind ) - Ayaa 4
Vəsvəsə verən, (Allahın adı çəkiləndə isə qorxusundan) qaçıb gizlənən Şeytanın şərindən-
الَّذِي يُوَسْوِسُ فِي صُدُورِ النَّاسِ ( 5 ) An-Nas ( Mankind ) - Ayaa 5
O Şeytan ki, insanların ürəklərinə vəsvəsə salır,
مِنَ الْجِنَّةِ وَالنَّاسِ ( 6 ) An-Nas ( Mankind ) - Ayaa 6
(O Şeytan ki) cinlərdən də olur, insanlardan da! (Və ya: (o Şeytan) istər cinlərdən olsun, istər insanlardan!)”

Random Books

  • Allahın Dinində Möhkəm və Sabitqədəm Olmağın YollarıŞübhəsiz ki, Allahın dinində möhkəm və sabitqədəm olmaq , əzm və rəşadətlə doğru getmək istəyən hər bir müsəlmanın əsas məqsədi olmalıdır. Əsasəndə fitnə -fəsadların çoxaldığı bir dövrdə buna daha çox önəm verilməlidir. Hər bir müsəlman qardaş və bacımızın bu kitabcanı oxuyub, əməl etməsi çox zəruridir. Uca Allah bütün müsəlmanalrı qorusun Amin.

    Source : http://www.islamhouse.com/p/328819

    Download :Allahın Dinində Möhkəm və Sabitqədəm Olmağın Yolları

  • Müsəlmanın qalasıQur’an və Peyğəmbərimizin şəriətində müsəlmanların sığınacağı DUA VƏ ZIKRLƏR Bu mənim «Zikr, dua və Qurandan və Sünnədən istifadə etməklə ovsunla müalicə» adlı kitabı¬mın müxtəsəridir. Həmin kitabın «Zikrlər» his¬səsi ilə kifayətlənməyib qalanını ixtisar etdim ki, səfər zamanı özü ilə gəzdirmək asan olsun. Səid ibn Əli ibn Vəhf əl-Qahtani

    Source : http://www.islamhouse.com/p/43365

    Download :Müsəlmanın qalasıMüsəlmanın qalası

  • əl-Fatihə surəsi və cüz Əmmənin Azərbaycan dilinə tərcüməsiəl-Fatihə surəsi və cüz Əmmənin Azərbaycan dilinə tərcüməsi

    From issues : Məlik Fəhd adınaQuran çapı mərkəzi

    Source : http://www.islamhouse.com/p/15

    Download :əl-Fatihə surəsi və cüz Əmmənin Azərbaycan dilinə tərcüməsi

  • Dilin Törətdiyi BəlalarEy iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır. (Bir-birinizin eyibini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir! (əl-Hücurat,12)

    Source : http://www.islamhouse.com/p/328862

    Download :Dilin Törətdiyi Bəlalar

  • Şəfa Duaları və OvsunlarKitabçada Allahın nazil etdiyi, peyğəmbərlərin dilədiyi , həmçinin Məhəmməd peyğəmbərin etdiyi dua və zikrlər verilmişdir.

    Source : http://www.islamhouse.com/p/328860

    Download :Şəfa Duaları və Ovsunlar